“AtaMatik” yenidən “Tour d’Azerbaidjan”da

“AtaMatik” yenidən “Tour d’Azerbaidjan”da
Oxunma sayı: 321

Mayın 3-də start götürəcək "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turunu əvvəlki illərdə olduğu kimi dəstək olaraq “AtaBank” ASC iştirakçıları səyyar bankomatı olan “AtaMatik” ilə müşayiət edəcək.

"Qafqazinfo" xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 5 günlük yarışda əvvəlki illərdə olduğu kimi velosipedçiləri ölkəmizin Bakı, Sumqayıt, Qəbələ, Oğuz, Şəki, Şamaxı, İsmayillı, Pirqulu  və digər bölgələrində müşayiət edəcək “AtaMatik” iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradacaq. “AtaBank” ASC-nin səyyar bankomatı olan “AtaMatik” vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və digər bank əməliyyatları apara biləcək.

Qeyd edək ki, “AtaBank” ASC olaraq ölkəmizdə keçirilən nüfuzlu və mötəbər idman yarışlarında əhaliyə, idmançılara və ölkəmizin qonaqlarına dəfələrlə  “AtaMatik” səyyar bankomat xidmət edib.

Bütün idman sevərləri veloturda iştirak edəcək Azərbaycanın “Synergy Baku” komandasına dəstək olmağa çağırırıq.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com .

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi