Atambayev baş naziri istefaya göndərdi

atambayev-bas-naziri-istefaya-gonderdi
Oxunma sayı: 656

Qırğızıstan prezidenti ölkənin baş naziri Sooronbay Jeenbekovu istefaya göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prezident Almazbek Atambayevin mətbuat xidməti məlumat yayıb. 

Baş nazirinin istefasına səbəb onun prezident seçkilərində namizəd olaraq qeydiyyatdan keçməsidir. Jeenbekov hazırda prezidentliyə 3-cü rəsmi namizəddir. Qeyd edək ki, Jeenbekovun gedişi bütün hökumətin istefası ilə nəticələnəcək. 

Qırğızıstanda növbəti seçkilər oktyabrın 15-də keçiriləcək.