Atambayevin arvadına qarşı da cinayət işi açıldı

atambayevin-arvadina-qarsi-da-cinayet-isi-acildi
Oxunma sayı: 1316

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin xanımı Raisa Atambayevaya qarşı da cinayət işi açılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, eks-prezidentin həyat yoldaşı məhkəmə hakimlərinə təzyiqdə şübhəli bilinir.

Atambayeva isə ona qarşı irəli sürülmüş ittihamları rədd edərək siyasətə heç vaxt qarışmadığını və hakimlərə təzyiq göstərmədiyini deyib.