“Atamız yatdı ayılmadı...” - Meyxanaçı qardaşlar

“Atamız yatdı ayılmadı...”
Oxunma sayı: 2149

Meyxanaçı İntiqam və Ehtiram qardaşları atasından sonra, anasını da itirib. "Qafqazinfo" axşam.az-a istinadən xəbər verir ki, qardaşlar "Xəzər maqazin"ə açıqlamasında ağır günlər keçirdiklərini deyiblər:

"Milyonun varsa, əgər anan yoxdursa, dünyanın ən kasıb adamısan. Anamı da itirəndən sonra hər şey pis oldu. Valideyn itkisi pisdir. Bağa gələndə atam hər zaman bizi qarşılayardı. Bir yerdə domino oynayırdıq. İtki hisslərini Allah heç kimə yaşatmasın. Atam yatdı ayılmadı. Səhər yuxudan oyananda ilk anamızı yığırdıq".

Qardaşlar bir-iki ildən sonra sənətdən gedəcəklərini açıqlayıblar:

"Üzü sulu getmək lazımdır. Bu sənətdə Ağasəlim qədər qala bilmərik. Onun kimi 60 il meyxana deyə bilmərik".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi