Atası öldü, o da bu addımı atdı

atasi-oldu-o-da-bu-addimi-atdi
Oxunma sayı: 2881

Bakıda 19 yaşlı qız intihara cəhd edib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsi Almaz İldırım küçəsində yaşayan 1998-ci il təvəllüdlü Aida Mehdizadə çoxlu dərman həbləri içərək özünü öldürmək istəyib. O, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib.
 
Bildirilir ki, gənc qız atasının ölümündən sonra sarsıntı keçirib və buna görə həyatına son qoymaq istəyib.