Atası ona 100 milyonluq ada aldı - Fotolar

atasi-ona-100-milyonluq-ada-aldi-fotolar
Oxunma sayı: 655

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, rusiyalı milyarder Dmitriy Rıbolovlev 24 yaşlı qızı Yekaterina üçün yunanlar adasını alıb.

Bir müddət öncə Skorpios adasının Rıbolovlev tərəfindən alındığı haqda “Forbes”ə məlumat daxil olsa da, bu informasiya dünən rəsmi təsdiqini tapıb.

Adanın satışı Cenevrə və Afinadakı iki ən böyük hüquq büroları tərəfindən həyata keçirilib. Milyarderin nümayəndələrinin yaydığı bəyanatda yalnız Skorpios adasının deyil, eyni zamanda onun yaxınlığında olan Sparta adasının da alışının gerçəkləşdiyi qeyd olunur.

Adaların satıcısı Afina Onassis, alıcısısı isə Dmitriyin qızı Yekaterinadır. “Greek Reporter” xəbər portalının məlumatına görə, Rıbolovlev yunan adalarına təxminən 100 milyon dollar ödəyib.

Ümumiyyətlə, bu yunan adalarını almaq istəyən bir çox məşhur ulduzlar və biznesmenlər olub. Onların sırasında Roman Abramoviçi (10, 2 milyard dollar), Bill Geytsi (67 milyard dollar) və Madonnanı misal göstərmək olar.

Qeyd edək ki, Dmitriy Rıbolovlev 9, 1 milyard dollarla “Forbes”in siyahısında 13 –cü yeri tutur. Onun kapitalının əsasını dünyada kaliumlu gübrələrin istehsalını gerçəkləşdirən “Uralkaliy” şirkəti təşkil edir.