Atasına heykəl qoyduğu deyilən deputatdan - Açıqlama

atasina-heykel-qoydugu-deyilen-deputatdan
Oxunma sayı: 727

“Bu mövzu barədə çox danışmaq istəmirəm. Amma o büstdür, heykəl deyil.  Atam Sovet Sosialist əməyi qəhrəmanı, deputat olub, 4 dəfə “Lenin” ordeninə layiq görülüb”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında millət vəkili  Rüstəm Xəlilov deyib.  Sabirabad rayonundan deputat seçilən R. Xəlilov atasına heykəl qoydurmağı barədə yayılan xəbərlərə münasibət bildirib:

“Ulu öndər dəfələrlə bizim kənddə olub. Büst Sovet vaxtı qoyulub və bu həmin dövrün tələbi olub. Hətta Sovet dövründə kolxoza atamın adı verilib”.