Atasını diri-diri yandıran cəzasından narazıdır

Atasını diri-diri yandıran cəzasından narazıdır
Oxunma sayı: 1764

Atasını diri-diri yandırıb öldürməkdə təqsirləndirilən İlyas Mehdiyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2017-ci il yanvarın 31-də Maştağa qəsəbəsində baş verib. Axşam saatlarında 80 yaşlı İmdad Mehdiyev oğlu, 31 yaşlı İlyas Mehdiyevlə ailə münaqişəsi zəminində mübahisə edib. O, atasından pul tələb edib, amma pulu olmayan ahıl kişinin oğlu ilə davası düşüb. İçkili olan İlyas Mehdiyev atasının üstünə benzin tökərək, onu və evi yandırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mehdiyev 19 il müddətinə azadlıqdan məhrum edilib. O isə cəzasının ağır olduğu qənaətinə gəlib və yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib. İş icraata götürülüb. İlkin baxış iclası yanvarın 5-də hakim Elşad Şamayevin sədrliyi ilə davam etdiriləcək.

Qeyd edək ki, 80 yaşlı İmdad Mehdiyev Əfv Komissiyasının üzvü, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyevin atasıdır.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi