Atasını son dəfə qucaqladı... - Foto

atasini-son-defe-qucaqladi
Oxunma sayı: 4772

Xəbər  verdiyimiz kimi ötən gün düşmən tərəfindən açılan snayper atəşindən şəhid olan mayor Aqil Omarov bu gün torpağa tapşırılıb. 

“Qafqazinfo” xəbər verir ki, rayon rəhbərliyi, əsgər və zabitlər, şəhidin ailə üzvləri onunla vidalaşmaq üçün Qax rayonunun Lələpaşa kəndində bir araya gəliblər. 

Şəhidə son vida edənlər arasında hərbçinin azyaşlı övladları da olub. Oğulun atanın tabutuna sarılaraq onunla vidalaşması zamanı çəkilən bu foto sosial şəbəkələrdə sürətlə yayılaraq duyğu dolu anlara səbəb olub.