Atasının futbol matçına yığdığı 1060 dolları doğradı - Foto

atasinin-futbol-matcina-yigdigi-1060-dollari-dogradi
Oxunma sayı: 3260

ABŞ-da 2 yaşlı uşaq atasının futbol matçına bilet almaq üçün topladığı 1060 dollarını doğrayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Utah əyalətində baş vermiş hadisə ölkə gündəmini zəbt edib. 2 yaşlı körpə atasının 1060 dollarını kağız emal edən cihaza tökərək onları doğrayıb. Doğranmış pulların fotosunu Tvitterdə paylaşan Jaklin Belnap “Həyat yoldaşımla çoxdandır, futbol matçı üçün pul yığırdıq. Amma oğlum onları üyütdü” yazıb. 

Ailə doğranmış pulu Xəzinə nazirliyinə göndərərsə, 3 il ərzində 1060 dolların hamısını, yaxud bir qismini geri ala bilər.