Atasının ölüm xəbərini aldı, konsert verdi - Video

Atasının ölüm xəbərini aldı, konsert verdi
Oxunma sayı: 2385

Məşhur türkiyəli müğənni Halil Sezai dünən Çanaqqala şəhərinin Bozcaada qəsəbəsində verəcəyi konsertdən öncə atasının vəfat etdiyi xəbərini alıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni vaxta az qaldığı üçün konserti təxirə salmayıb və onu dinləməyə gələn minlərlə fanatı üçün səhnəyə çıxıb.

Bir neçə mahnı ifa edən Sezai “Mənim vəfalı yarım qara torpaqdır” mahnısını oxuyarkən göz yaşlarını saxlaya bilməyib.

Xəbəri eşidənlər səhnəyə çıxaraq ona təsəlli veriblər. Kədərli halda səhnədən ayrılan ifaçı Əskişəhərə yola düşüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi