Atatürk hava limanında təyyarələr toqquşdu - Fotolar

ataturk-hava-limaninda-teyyareler-toqqusdu
Oxunma sayı: 10271

Türkiyənin Atatürk hava limanında “Airbus 721” tipli təyyarənin quyruğuna Cənubi Koreyanın “Air Asiana” şirkətinə məxsus təyyarənin qanadı çırpılıb.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18:00-da baş verib.

Qeyd olunur ki, Türkiyəyə məxsus təyyarənin göyərtəsində 236 sərnişin olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hər iki təyyarəyə ziyan dəyib.