“Atatürk” marka oldu

ataturk-marka-oldu-
Oxunma sayı: 655

Məlumata görə, ingilis əsilli müsəlman olan Muhammed Sujah Jioher Yaqub 5 oktyabr 2005-ci il tarixdə Atatürk adını Avropa Birliyi markası kimi bütün üzv ölkələrdə qeydiyyatdan keçirib. Atatürk adının markalaşmasının əleyhinə olan Türkiyə dövləti isə məhkəmə iddiası qaldıraraq bunun mümkün olmadığını irəli sürüb. “Atatürk adından Mustafa Kamalın bacısı belə istifadə etmədi. Atatürk soyadı başqa adlardan fərqlidir. Bundan heç kim marka kimi istifadə edə bilməz”. Məhkəmənin qalibi olan Muhammed Sujah Jioher Yaqub AB ölkələrində bu marka ilə geyim, təmizlik vasitələri, alkoqolsuz içkilər, ayaqqabı və dərman istehsal edəcək.