“Atatürkün silueti” bu il də dağda göründü - Video

“Atatürkün silueti” bu il də dağda göründü
Oxunma sayı: 31

Türkiyənin Ardahan rayonunda hər il iyulda ortaya çıxan “Atatürk silueti” bu il də görünüb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, siluet rayonun Damal qəsəbəsindəki Karadağlar dağında müşahidə olunub.

Dağın ətəyinə düşən kölgə Mustafa Kamal Atatürkün fotosunu xatırladıb. Görüntü buludsuz havalarda yerli vaxtla 17:50-18:10 radələrində ortaya çıxır.

Bu gün tarixi hadisəni izləmək üçün yüzlərlə insan qəsəbəyə üz tutub.

Qeyd edək ki, bunu ilk dəfə 1975-ci ildə Ərdoğan Qumru adlı şəxs çəkib və daha sonra xəbər Türkiyəyə yayılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi