Atəşkəs 39 dəfə pozulub

ateskes-39-defe-pozulub
Oxunma sayı: 647


“Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 

Düşmən cavab atəşi ilə susdurulub.