Atəşkəs pozulub

ateskes-pozulub
Oxunma sayı: 641

Müdafiə Nazirliyi Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 27-də saat 20.55-dən 21.00-dək və sentyabrın 28-də saat 06.45-dən 06.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.