Atəşkəs pozulub

ateskes-pozulub
Oxunma sayı: 635

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qafqazinfoya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 15-də saat 13.30-dan 13.45-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Balacəfərli kəndində yerləşən mövqelərimizi;

- saat 18.00-dan 18.30-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 23.00-dan 23.05-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.