ATƏT-də Xocalı müzakirəsi

atet-de-xocali-muzakiresi
Oxunma sayı: 649

Trend-in YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov bildirib.

Fevralın 23-24-də Vyanada ATƏT-in Parlament Assambleyasının XI qış sessiyası keçiriləcək.

İbrahimov bildirib ki, sessiya zamanı nümayəndə heyəti Xocalı soyqırımının 20 illiyi ilə bağlı məsələ qaldıracaq.

Sessiyada ATƏT PA-nın prezidenti Petros Eftimiu, ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor və Avstriya parlamentinin sədri Barbara Prammer iştirak edəcəklər.

Bundan əlavə, qış sessiyasında daimi, siyasi məsələlər və təhlükəsizlik, demokratiya və insan hüquqları, iqtisadi məsələlər, elm və ətraf mühit komitələrinin iclaslarının keçirilməsi nəzərdə tutulur.