ATƏT-in maşını minaya düşdü - Amerikalı öldü, alman yaralandı

atet-in-masini-minaya-dusdu
Oxunma sayı: 650

ATƏT-in monitorinq missiyasının avtomobili Luqansk vilayətində minaya düşüb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində təşkilatın ABŞ vətəndaşı olan əməkdaşı həlak olub, Almaniya vətəndaşı isə xəsarət alıb. Bu barədə Ukraynanın Antiterror Əməliyyatları Qərargahının mətbuat xidməti məlumat yayıb.