ATƏT-in Minsk qrupu həmsədrləri bu gün Bakıya gəlirlər

atet-in-minsk-qrupu-hemsedrleri-bu-gun-bakiya-gelirler
Oxunma sayı: 3056

ATƏT-in Minsk qrupu həmsədrləri bu gün Bakıya səfər edəcəklər.

“Qafqazinfo” xəbər verir ki, daha əvvəl Yerevanda rəsmi səfərdə olan Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlər bu ilin mayında Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Qarabağla bağlı danışıqları intensivləşdirməyə çalışacaqlar. 

Qeyd edək ki, Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endryu Şeferin (ABŞ) Azərbaycana səfəri Yerevanın danışıqlar prosesinə qondarma Dağlıq Qarabağın daxil edilməsi ilə bağlı israrlı çağırışları fonunda baş tutacaq. Bakı isə dəfələrlə bunun qəbuledilməz olduğunu bəyan edib.