ATƏT-in nümayəndələri Cənubi Qafqazda olub

atet-in-numayendeleri-cenubi-qafqazda-olub
Oxunma sayı: 863

ATƏT daimi nümayəndələr qrupunun Cənubi Qafqaza etdiyi səfərlə bağlı bəyanat yayıb.

"Qafqazinfo"nun məlumatına görə, bəyanat təşkilatın saytında yerləşdirilib.

Bəyanatda qeyd olunur ki, cari ilin 18-22 iyun tarixlərində ATƏT yanında 24 daimi nümayəndədən ibarət qrup Ermənistan, Gürcüstan və Azərbaycana səfər ediblər: “Bir neçə il ərzində bu formatda ilk dəfə keçirilən səfər səfirlərin ATƏT-in öhdəlikləri və prinsiplərinə uyğun olaraq təkrar olaraq regionda sülh, sabitlik və çiçəklənməyə böyük marağını və hər üç ölkədə ATƏT-in daha fəal iştirakını təsdiq etməyə istiqamətləndirilmişdir”

Bəyanatda qeyd olunur ki, daimi nümayəndələr yüksək vəzifəli dövlət məmurları, müxtəlif partiyaları təmsil edən parlament üzvləri, eləcə də Yerevan, Tbilisi və Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçiriblər: "Azərbaycanda səfirlər xarici işlər naziri Mahmud Məmmədquliyevlə, həmçinin Milli Məclis (parlament) nümayəndələri, o cümlədən sədr müavini Bahar Muradova və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevlə görüşlər keçiriblər. Səfərin sonunda baş nazir Novruz Məmmədovla qrup üçün gələcək dialoq və ATƏT çərçivəsində əməkdaşlığa perspektivlər açan danışıqlar keçirilib".