ATƏT PA-nın yeni prezidenti bəlli oldu

atet-pa-nin-yeni-prezidenti-belli-oldu
Oxunma sayı: 1938

“Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin qurduğu “Vahid milli hərəkat” partiyasının keçmiş üzvü Qiqi Tsereteli ATƏT Parlament Assambleyasının prezidenti olub.

“Qafqazinfo”nun “Apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Avropa Gürcüstanı” partiyasının üzvü Otar Kahidze bildirib.

Onun sözlərinə görə, ötən il “Gürcü arzusu” partiyası Rusiyanın nümayəndə heyəti ilə birlikdə əlindən gələni edib ki, Tsereteli bu vəzifəyə seçilməsin. 

“Bu, Gürcüstanın təhlükəsizliyi, imici və beynəlxalq aləmdə ölkəmizin qarşısında duran çağırışlar baxımından çox önəmlidir”, - deyə O. Kahidze qeyd edib.