ATƏT sədri Azərbaycana gəlir

atet-sedri-azerbaycana-gelir
Oxunma sayı: 713

Slovakiyanın Xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycana səfər edəcək. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib. 

M. Layçak səfərin martın ilk yarısında baş tutacağını bildirib. 

O, Ermənistana da səfər edəcək.