“Atletiko” 3-cü dəfə Avropa Liqasının qalibi oldu - Video

atletiko-3-cu-defe-avropa-liqasinin-qalibi-oldu
Oxunma sayı: 2764

UEFA Avropa Liqasının 2017/18 mövsümü başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, turnirin finalında Fransanın “Marsel” klubu ilə İspaniyanın “Atletiko” klubu qarşılaşıb.

Lion şəhərində keçirilən final matçında “Atletiko” 3-0 hesablı qələbə qazanaraq kuboka sahib olub. Bu, Madrid təmsilçisinin tarixində 3-cü Avropa Liqası kubokudur. “Atletiko” 2 dəfə Superkubok və 1 dəfə Kukoklar kubokunun da qalibi olmağı bacarıb.

“Marsel” (Fransa) - “Atletiko” (İspaniya) - 0:3

Qollar: Qrizman, 21, 49, Qabi, 89