“Atletiko” Bakıya “Karabakh”la gəldi - Fotolar

atletiko-bakiya-karabakhla-geldi
Oxunma sayı: 4671

Madridin “Atletiko” klubu Çempionlar Liqasında “Qarabağ”la keçirəcəyi matç üçün Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, İspaniya təmsilçisi AZAL-ın “Karabakh” adlı “Airbus 340-500” təyyarəsində çarter reysi ilə Bakıya uçub.

“Atletiko” üzvləri 6 saatlıq uçuşdan sonra Heydər Əliyev adına hava limanına eniblər.

Qeyd edək ki, “Qarabağ” - “Atletiko” matçı oktyabrın 18-i saat 20:00-da Bakı Olimpiya Stadionunda başlayacaq.