“Atletiko” “Real”ı məğlub etdi, Super Kuboku qazandı - Video

atletiko-reali-meglub-etdi-super-kuboku-qazandi
Oxunma sayı: 5070

UEFA Super Kuboku uğrunda matçda Madridin iki təmsilçisi - “Atletiko” və “Real” qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, 6 qolun vurulduğu matçda “Atletiko” 4:2 hesabı ilə qalib gəlib və Super Kuboku tarixində 3-cü dəfə əldə edib.

Qeyd edək ki, bu matç Kriştiano Ronaldo və Zinəddin Zidanın gedişindən, yeni baş məşqçi Xulen Lopeteqinin isə gəlişindən sonra “Real”ın ilk rəsmi matçı olub.

“Real” (İspaniya) - “Atletiko” (İspaniya) - 2:4

Qollar: Dieqo Kosta, 1 (0:1), Kərim Benzema, 27 (1:1), Serxio Ramos, 63-pen. (2:1), Dieqo Kosta, 79 (2:2), Saul, 98 (2:3), Koke, 103 (2:4)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Estoniya. Tallin Lilleküla stadionu