“Atletiko” və “Marsel” finalda - Video

atletiko-ve-marsel-finalda
Oxunma sayı: 2171

Uefa Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, səfərdə 1:1 qaldığı “Arsenal”ı öz meydanında qəbul edin “Atletiko” matçdan 1:0 qalib ayrılıb və adını finala yazdırıb.

Digər matçda isə “Salzburq” “Marsel”i qəbul edib. İlk matçda 0:2 hesabı ilə məğlub olan “Salzburq”, bu dəfə 90 dəqiqəni eyni hesabla öndə bitirib və əlavə yarım saat oynanılıb. “Marsel” 116-cı dəqiqədə fərqlənməyə nail olub və oyun 2:1 hesabı ilə bitib. Beləliklə, finala “Marsel” yüksəlib.

“Atletiko” - “Arsenal” - 1:0

Qol: Dieqo Kosta, 45+2

“Zalsburq” - “Marsel” - 2:1 (əlavə vaxt)

Qollar: Haydara, 53, Şaqler, 65 - Rolando, 116