“Atletiko”nun əfsanəsi Bakıda - Foto

atletikonun-efsanesi-bakida
Oxunma sayı: 2412

“Bakı”nın sabiq baş məşqçisi, Madrid “Atletiko”sunun canlı əfsanəsi Milinko Pantiç yenidən Bakıya gəlib.

“Qafqazinfo” dsport.az-a istinadən xəbər verir ki, o, dünən gecə paytaxtımıza təşrif buyurub. Pantiçi hava limanın “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov qarşılayıb.

Pantiçin Bakıda olduğu “Bakı”nın prezidenti Hafiz Məmmədovla da görüşəcəyi gözlənilir.  

Qeyd edək ki, Milinko Pantiç Bakıya oktyabrın 18-də keçiriləcək "Atletiko" - "Qarabağ" oyununu izləmək üçün gəlib.