“Atletlər kəndi”ndəki qəzanın görüntülərini yayan operatora 1 il güzəşt

“Atletlər kəndi”ndəki qəzanın görüntülərini yayan operatora 1 il güzəşt
Oxunma sayı: 2768

I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərinin avtobusla vurulması anının videogörüntülərini yayan "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənovun kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə E.Həsənova 1 il güzəşt edilib. Onun cəzası 3 ilə endirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bu iş üzrə digər təqsirləndirilənlər - avtobus sürücüsü Vəli Əhmədov və  Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamova 3 il cəza verilsə də, onların cəzanı məntəqə tipli müəssisədə çəkməsinə qərar verildiyi üçün azadlıqda qalıblar.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanova isə şərti cəza verilib. Beləliklə,o da həbsə göndərilməyib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi