Atmosfer təzyiqi kəskin yüksələcək – Xəbərdarlıq

atmosfer-tezyiqi-keskin-yukselecek-xeberdarliq
Oxunma sayı: 692

Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və gilavar küləyinin üstünlüyü, sentyabrın 10-da atmosfer təzyiqinin kəskin yüksəlməsi və günün ikinci yarısından xəzri küləyinin güclənməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir.

Nigar Məmmədli