“Atrabank”dakı şok yeyintilərlə bağlı - Açıqlama

atrabankdaki-sok-yeyintilerle-bagli-aciqlama
Oxunma sayı: 640

Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, müəyyən edilib ki, filialın vəzifəli şəxsləri tərəfindən 1 aprel 2011-ci ildən 1 sentyabr 2012-ci ilədək olan dövr ərzində saxta sənədlər əsasında, həmçinin bir çox hallarda yararsız vəziyyətdə olan avtomobillərin girov qoyulması yolu ilə 145-dən artıq vətəndaşın hər birinin adına kreditin rəsmiləşdirilərək mənimsənilməsi və yol verilmiş digər qanunsuz hərəkətlər nəticəsində ümumilikdə banka 600.0 min manatdan artıq məbləğdə külli miqdarda ziyan vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.