Attestasiya imtahanları ilə bağlı dəyişiklik gözlənilir

attestasiya-imtahanlari-ile-bagli-deyisiklik-gozlenilir
Oxunma sayı: 639

Yeni dəyişikliyi şərh edən Təhsil Nazirliyinin (TN) monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Haçıyeva Trend-ə deyib ki, konsepsiyada qeyd edilən yekun imtahanların hansı formatda, necə və nə vaxt keçirilməsi səlahiyyəti TQDK-ya verildiyinə görə bu imtahanların keçirilməsi barədə qərarı da həmin qurum verməlidir. Buraxılış imtahanı üçün həmin fənlərdən istifadə edilib-edilməməsi də artıq TQDK tərəfindən müəyyənləşdirilməlidir.

Şöbə müdirinin sözlərinə görə, yekun attestasiya yalnız buraxılış imtahanı deyil. Bu, digər qiymətləndirmələri özündə də ehtiva edir.
"Məsələn, buraxılış sinfinin və buraxılışdan əvvəlki sinfin illik qiymətləri, keçirilən bu və ya digər imtahanlar birlikdə yekun attestasiyanı təşkil edir. Başqa sözlə desək, yekun attestasiyanın qiyməti bir necə parametlər nəzərdə alınmaqla hesablanır. Yekun qiymətləndirmə bütün siniflər üzrə aparılır. Aralıq siniflərdə bu yarımilliklər toplanmaqla, illik qiymətlər şəklində müəyyənləşdirilirsə, yekun attestasiya yalnız buraxılış siniflərində buraxılış imtahanları da əlavə edilməklə aparılır.

Qeyd edək ki, "Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyası"na görə, yekun attestasiya imtahanlara Azərbaycan tarixi, coğrafiya, fizika, kimya, biologiya və xarici dil fənləri daxildir.

Ötən dərs ilinə qədər bu imtahanların hansı formatda, nə vaxt və harada keçirilməsi barədə TN qərar qəbul edirdi. Ölkə prezidentinin yekun attestasiyasının TQDK tərəfindən keçirilməsi barədə verdiyi fərmana uyğun olaraq, konsepsiyaya edilən yeni dəyişiklərdən sonra bu səlahiyyət artıq TQDK-ya verilib.