ATV-də daha bir vitse-prezident təyinatı xəbəri yayıldı

atv-de-daha-bir-vitse-prezident-teyinati-xeberi-yayildi
Oxunma sayı: 4067

“Azad Azərbaycan” müstəqil Teleradio Kompaniyasında (ATV) vitse-prezident təyinatı baş tutub.

“Qafqazinfo”nun “Axşam.az”a istinadən məlumatına görə, bu yerə bir neçə gün öncə “ARB Kəpəz”dəki vəzifəsindən uzaqlaşdırılan Fuad Cabbarov gətirilib.

Bildirilir ki, F.Cabbarov artıq bu gündən işinin icrasına başlayıb.

Qeyd edək ki, ATV-də rəhbərliyin dəyişilməsindən sonra  kanaldakı digər vitse-prezident vəzifəsini  Vaqif Aydınoğlu icra edir.