ATV-də Kamilin yerinə o gəldi

atv-de-kamilin-yerine-o-geldi
Oxunma sayı: 776

İdmançı Kamil Zeynallının aparıcılıq etdiyi “Kişi klubu” verilişindən gedib. 

“Qafqazinfo” xəbər verir ki, onun yerinə isə Cahid Şahbazov gətirilib. Proqramın martın 28-də yayımlanan bölümündə yeni aparıcı tamaşaçıların qarşısına çıxıb. 

Qeyd edək ki, C. Şahbazov Bakının tanınmış klinikalarının birində oftalmoloqdur. 

Xatırladaq ki, “Qafqazinfo” bir müddət əvvəl Kamil Zeynallının verilişdən ayrılmağı barədə xəbər yaymış, layihənin müəllifi Bəhruz Əlizadə məlumatı təkzib etmişdi. 

***

Kamil Zeynallı mövzu ilə bağlı teleqraf.com-a  açıqlama verib:

“Kişi klubu” verilişi qısa nüddət davam edəcək. Mən istirahət etmək qərarına gəldim. İnşallah, sentyabrdan yeni verilişlə tamaşaçıların qarşına çıxacam.  

ATV-dən qovulmamışam. Hamısı cəfəngiyyatdır. Həmişə haqqımda boş söhbətlər yayırlar. Heç bir kreslo, vəzifə ömürlük deyil. ATV telekanalı ilə də münasibətim yaxşıdır”.