“ATV-dən zəng vurub dedilər ki,..”- - Nadir

atv-den-zeng-vurub-dediler-ki-
Oxunma sayı: 6265


“Qafqazinfo”ya açıqlamasında müğənni bildirib ki, “ATV”dən zəng edərək ona qadağa qoyulduğunu bildirən  şəxs kanal rəhbərliyi olmayıb və sənətçiyə qadağa qoyulmayıb:

““ATV” rəhbərliyi ilə danışdım. Mənə dedilər ki, sənə qadağanı yalnız rəhbərlik qoya bilər.  İşçilərdən kimsə zəng edib sənə qadağa qoyulduğunu deyirsə, qələt edir. 

Mən də bilmədən sizin sayta açıqlama verdim ki, “ATV”dən zəng edib, mənə qadağa qoyulduğu deyilib. Mənə qadağa qoyulmayıb. Rəhbərlik dedi ki, Azərbaycan dövlətinin vətəndaşı, müğənnisisən, sənə niyə qadağa qoymalıyıq? Sən fövqəladə, günah iş görməmisən. 

Heç bir problem yoxdur. Əvvəlki kimi kanalın verilişlərində qonaq kimi çıxış edəcəm”.

Qeyd edək ki, Nadir Qafarzadə “Gün üzü” verilişində  S. Yusifə "Haranın zibilidir ki?" dediyi üçün verilişdən uzaqlaşdırılmışdı. Qafarzadə  “Qafqazinfo”ya açıqlamasında verilişi öz istəyi ilə tərk etdiyini və kanaldan zəng edərək ona qadağa qoyulduğu haqda məlumat verildiyini bildirimişdi. 

Könül