“ATV korrupsiyaya qarşı mübarizə aparır”

atv-korrupsiyaya-qarsi-mubarize-aparir
Oxunma sayı: 717

Bu barədə “Qafqazinfo”ya məlumat verən müğənninin sözlərinə görə, yeni kompozisiya “Yaşandı” adlanır. İki versiyada hazırlanan mahnının musiqisi bəstəkar Pərviz Mahmuduv, sözləri Aygün İsmayılovaya məxsusdur: “Mahnının mənə çox uğur gətirəcəyinə inanıram. Çünki Pərviz mahnılarının “kralı”nı mənə verib. Bu mahnıdan səs imkanlarımdan geniş istifadə etmişəm. “Yaşandı”nın lirik versiyasını Rəhman, akustik variantını isə Emin Kərimi aranjeman edib. Artıq klip çəkilişlərinə hazırlaşırıq”. “Yaşandı” nakam məhəbbətdən bəhs edir. Kompozisiya gələn həftədən radio dalğalarında eşidiləcək”.

Milanın sözlərin görə, kompozisiyanın musiqisi məhəbbəti anlayan hər kəsin qəlbinin sarı simlərinə toxunacaq. Müğənni onun yaradıcı yollarında süni maneələr yaradanlardan da danışdı: “İstedadı və zahiri görünüşü səhnə üçün uğurlu insanların paxıllıq çəkənləri də olur. Lakin yolumu kəsmək istəsə də buna nail ola bilmədilər. Nəticədə rüşvətoxr əməllərinə görə rəhbərlik tərəfindən ifşa edilərək işdən azad edildilər. ATV telekanalına təşəkkür edirəm ki, onlar da öz növbəsində korrupsiyaya qarşı mübarizə aparmaqla istedadlı insanları dəstəklərirlər”.

Aynur B.