ATV-ni və Turan İbrahimovu məhkəməyə verdilər

atv-ni-ve-turan-ibrahimovu-mehkemeye-verdiler-
Oxunma sayı: 9342


“Azad Azərbaycan” Televiziyası (ATV) və aparıcısı Turan İbrahimov iki ayrı iş üzrə məhkəməyə verilib.“Qafqazinfo”nun məlumatına görə, hər iki iddia ilə Yasamal rayon Məhkəməsinə müraciət edilib və hər iki iş şərəf və ləyaqətin müdafiəsi ilə bağlıdır.

Belə ki, Gülbəstə Quliyeva birbaşa telekanala, Nüsrət Ələkbərov isə telekanalın aparıcısı Turan İbrahimova qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia qaldıraraq təzminat istəyib.

Hər iki iddiaya “Azad Azərbaycan” Teleradio şirkətinin yerləşdiyi rayon üzrə - Yasamal rayon Məhkəməsində baxılır.

Elçin