“Qafqazinfo” xəbər verir ki, Axşam.az saytının müxbirilə söhbətində aparıcı bildirib ki, bu, onun yeni layihəsi ilə əlaqədardır:
“Janas Creative Group”la hazırladığımız layihə "Toy mücrüsü" adlanır. Əminliklə deyə bilərəm ki, televiziya məkanımızda bu formatda veriliş olmayıb. Layihə toya hazırlaşan gənclərə yeni ideyalar verəcək, onların hazırlıq işlərini bir az da asanlaşdıracaq. Fərqli toy arzusunda olan hər bir gənc özü üçün lazımlı məsləhət əldə edə biləcək”.
S.Rüstəmovanın sözlərinə görə, verilişin yaradıcı heyəti prodüser Elşən Dadaşov, operator Anar Baxışov, aparıcı-müxbirlər Samir Abuşov, Tural Rza, Həci Nazimoğlu və Nevzat Mahmuddan (“Satko” serialının aktyorları – red.) ibarətdir:
“Modelyer Gülnarə Xəlilova ilə əməkdaşlıq edəcəyik. “Toy mücrüsü”nün hansı kanalda yayımlanacağı yaxın günlərdə bəlli olacaq. Layihənin məsləhətçisi isə rejissor Mahir Canasdır”.