ATV-nin aparıcısının evinə oğru girdi - 37 minlik ziyan

atv-nin-aparicisinin-evine-ogru-girdi
Oxunma sayı: 4098

ATV-nin aparıcısı Vüsal Qurbanovun evinə oğru girib.  “Qafqazinfo”nun məlumatına görə, bu barədə “ATV Xəbər”də məlumat verilib. 

Hadisə martın 22-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində qeydə alınıb. Oğrular mənzildən 30 min manatlıq qızıl və 7 min manat dəyərində pul götürüb. 

Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır. Bildirilib ki, artıq hadisə yerindən əl izləri götürülüb.