ATV-nin maşını piyadanı vurdu

atv-nin-masini-piyadani-vurdu
Oxunma sayı: 3148


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı musavat.com-a 3 saylı Şəhər Kliniki Xəstəxanasından veriblər. 

Bildirilib ki, hadisə bir qədər əvvəl Yeni Günəşli qəsəbəsində baş verib. ATV teleşirkətinə məxsus “Ford” markalı avtomobilin qarşısına qəfildən piyada çıxıb. 

Sürücü idarəetməni itirib və piyadanı vurub. Müxtəlif dərəcəli sınıq xəsarətləri alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb.