“ATV”də direktorun verilişi bağlandı

atvde-direktorun-verilisi-baglandi
Oxunma sayı: 669

Bu gün son buraxılışı efirə gedəcək verilişin aparıcısı Nurlana Axşam.az saytına xəbəri təsdiqləyib:

“Bilirsiniz ki, iki aydır 106 FM radiosunun direktoru təyin olunmuşam. Radioda bəzi yeniliklər edirik. Buna görə də efirə vaxtım qalmır. Həm də ki, yeni başlayan “Özünə bax” verilişi həmin vaxtda yayımlanacaq. Qərara gəldik ki, “FreeZone”u dayandıraq. Bir müddət aparıcılıqdan uzaq qalmaq istəyirəm. Bu gün sonuncu efir yayımlanacaq.

Qonaqlarımız İlahə Şıxlınskaya, Cavid Gül və İsmayıl Cəlilov olacaq. Onu da qeyd edim ki, fevral ayından bu aparıcıları 106 FM radiosunda yeni verilişlə dinləyəcəksiniz”.

Nurlana verilişin reytinq az yığdığı üçün bağlanması haqda çıxan xəbərlərə isə belə münasibət bildirib:

“Bu, doğru deyil. “FreeZone” ən reytinqli verilişlər siyahısında idi. “Facebook” səhifəmizi dörd ay ərzində 27 min izləyici bəyənmişdi”.