“ATV”nin əməkdaşını bıçaqladılar

atvnin-emekdasini-bicaqladilar
Oxunma sayı: 670

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı rayon ərazisində yerləşən çay evlərinin birində 27 yaşlı Suraxanı rayon Qaraçuxur qəsəbə sakini Cəfərov Nemət Eldar oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı hadisədən sonra 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, qanlı hadisə zamanı bıçaq xəsarətləri alan Nemət Cəfərov Azərbaycanda fəaliyyət göstərən məşhur telekanallardan birinin əməkdaşıdır./ans/

“Qafqazinfo”nun məlumatına görə, hazırda Nemət Cəfərov ATV-də işləyir.

***
ATV telekanalından “Qafqazinfo”ya verilən məlumata görə, Nemət Cəfərov oktyabrdan ATV-də işləmir.