“Audi” 330 min avtomobili geri çağırdı

“Audi” 330 min avtomobili geri çağırdı
Oxunma sayı: 585

Almaniyanın məşhur avtomobil istehsalçısı “Audi” şirkəti texniki nasazlığa görə 330 min avtomobili geri çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2011-2015-ci illərdə istehsal edilən “A4”, “A5” və “Q5” modellərində qızdırıcılarda texniki nasazlıq aşkarlanıb.

Şirkət bu nasazlığın yanğına səbəb ola biləcəyindən ehtiyat edir. Buna görə də səhvin aradan qaldırılması üçün həmin avtomobilləri servislərə çağırıblar. Texniki nasazlıq aradan qaldırılana qədərə əlavə qızdırıcının bağlanması məsləhət görülüb.

Rəsmi servislərə müraciət edəcək şəxslərə pulsuz xidmət göstəriləcəyi bildirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi