“Audi” 5000-dən çox avtomobil geri çağırıb

“Audi” 5000-dən çox avtomobil geri çağırıb
Oxunma sayı: 785

Rusiyada “Volkswagen Group Rus” şirkəti 5000-dən çox avtomobili geri çağırıb.

“Qafqazinfo”  Rusiya mətbuatına istinadən xəbər verir ki, buna avtomobillərin əlavə qızdırıcı elementin işində yaranan qüsurlar səbəb olub.

Məlumata əsasən, sözügedən nasazlıq maşınlarda qurğuların əriməsinə və yanmaya səbəb ola bilər.

Geri çağrılma 2011-2016-cı illər arasında Rusiyada satılmış A4, A5 və Q5 modellərinə şamil olunur.

Avtomobillərdə təmir işləri şirkət tərəfindən ödənişsiz olaraq həyata keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi