“Audi” aeroport yolunda piyadanı vurub öldürdü

audi-aeroport-yolunda-piyadani-vurub-oldurdu
Oxunma sayı: 638

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

“Audi” markalı “99-FL-277” dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib.

Əraziyə Yol və Polis patrul xidmətlərinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.