“Audi Q-7” ilə adam öldürdü

audi-q-7-ile-adam-oldurdu
Oxunma sayı: 646

Dekabrın 4-də Qaraçuxur qəsəbəsi V. Quliyev küçəsində Kənan Hüseynzadə Saməddin Bəbirovun qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirdiyi üçün Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Dekabrın 4-ü saat 21:10 radələrində Neapol küçəsində Lənkəran şəhər sakini Vidadi Əkbərov idarə etdiyi «Audi Q-7» markalı avtomobillə Zahid Cəfərovu vurmuş, piyadaçı aldığı xəsarətdən hadisə yerində ölüb.

Dekabrın 3-nə keçən gecə Səbail rayonu Salyan yolunda Nahid Mütəllimova məxsus «VAZ-21061» markalı avtomobil qaçırılıb. DİN NHİX TŞ, Xətai RPİ əməkdaşlarının səyi nəticəsində avtomobili qaçıran Bərdə rayon sakini Rüstəm Mustafayev dekabrın 4-də Neapol küçəsində avtomobillə birlikdə saxlanılaraq aidiyyatı üzrə Səbail RPİ 8-ci PB-yə təhvil verilib.

Dekabrın 3-də Şüvəlan qəsəbəsi A.İldırım küçəsində yerləşən, Əzizağa Həmzəyevə məxsus çayxananın həyətindən 2 ədəd pəncərə və qapı oğurlanıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Əmrah Nağıyev, Teymur Əliyev və Arif Ədilov dekabrın 4-də yaxalanıblar.

Noyabrın 30-da Goradil bağ massivində yaşayan Elçin Qəhrəmanovun evindən qapını sındırma yolu ilə oğurluğa cəhd olunub. Binəqədi RPİ CAŞ, PPXB və 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğa cəhddə şübhəli bilinən Sumqayıt şəhər sakini Əli Səmədov dekabrın 4-də yaxalanıb. Müəyyən edilib ki, Ə.Səmədov noyabrın 15-nə keçən gecə İbrahim Qollacovun Goradildəki bağ evindən, noyabrın 1-dən dekabrın 1-dək olan müddətdə Fatmai bağlar massivində Gülnarə Acalovanın, noyabrın 10-dan dekabrın 1-dək Məqsəd Əbdullayevin, Kazım Quliyevin, noyabrın 15-dən dekabrın 4-dək olan müddətdə İzzət Hüseynovun və oktyabrın 25-də Vüqar Əzizovun evindən oğurluq edib.

Səbail RPİ 8-ci PB və Beyləqan RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Şahlar Əsədov dekabrın 4-də yaxalanıb.

Oktyabrın 31-nə keçən gecə S.Vurğun küçəsində yaşayan Azər Babayevə məxsus, yaşadığı ünvanda yerləşən mağazadan dəmir barmaqlıqları sındırma yolu ilə ərzaq malları oğurlanıb. Sabunçu RPİ CAŞ və 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar Məhərrəm Rzayev və Şahin Mahmudov dekabrın 4-də yaxalanıblar.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Zakir Ağayevdən 150 qramdan artıq həşiş aşkar edilib.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə axtarışda olan Mehdi Əliyev dekabrın 4-də yaxalanıb.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Niftəli Yaxşıyev dekabrın 4-də yaxalanıb.

Noyabrın 5-də Gəncə prospektində Bakı şəhər sakini Səxavət Seyidova məxsus «VAZ-2106» markalı avtomobil qaçırılıb. Qaçırılmış avtomobil noyabrın 21-də Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsində saz vəziyyətdə tapılıb. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində maşını qaçıran Bakı şəhər sakinləri Tural Qasımov, Murad Rüstəmov və Əliyar Məhərrəmov dekabrın 4-də yaxalanıblar.