“Audi Q8” artıq Azərbaycanda - Fotolar

audi-q8-artiq-azerbaycanda
Oxunma sayı: 3687

Oktyabrın 13-də Bakıda “Audi” avtosalonunda  Almaniyanın lüks avtomobil istehsalçısı “Audi”-nin ən son modeli olan Q8- in təqdimat mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Audinin yerli təmsilçiləri, jurnalist və “Audi” innovasiyaları ilə maraqlanan qonaqlar iştirak ediblər. Mərasimdə premium SUV- “Audi Q8” modelinin nümayiş ilə yanaşı yeni web-sayt da müzakirə edilib.

Şirkəti, hazırki bazara BMW X6 və Mercedes-Benz GLE Coupe kimi güclü rəqiblərin qarşısına Q8 modeli ilə çıxıb.

340 at gücündə 3.0 L mühərrik ilə təchiz olunan avtomobil ötürmə - daimi tam çəkimli quattrodur.  O, 0-100 km/saat sürətə 5.4 saniyəyə çatır və maksimum sürəti 250 km/saatdır.

Qeyd edək ki, avtomobil Coupe- SUV seqmentində ən çox yüksək texnoloji cihazlar ilə təchiz olunur. “Audi Q8” dörd qapılı Coupe-nin şıqlığını və böyük, praktik SUV-un keyfiyyətlərini özündə birləşdirir. Son texnologiya cihazları ilə təchiz olunan bu model, yolsuzluq şəraiti üçün mükəmməldir.

Ətraflı məlumat almaq üçün  https://www.audi.az/az/models/q8  saytını ziyarət edə bilərsiniz.

 

Facebook

İnstaqram