Aviasiya Mərkəzinin rəisi vəfat etdi

Aviasiya Mərkəzinin rəisi vəfat etdi
Oxunma sayı: 5094

Dünən gecə Balakən Aviasiya Mərkəzinin rəisi polkovnik-leytenant Məhyəddin Süleymanov dünyasını dəyişib.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, M.Süleymanov təzyiqdən əziyyət çəkirmiş.

Peşəkər zabit, hərbi pilot Süleymanovun Azərbaycan Silahlı Qüvvələrində paraşütçuların hazırlanmasında müstəsna xidməti və rolu olub.

1984-cü ildə Saratov Təyyarəçilk Məktəbini bitirən Məhyəddin Süleymanov 1988-ci ildən Balakən Aviasiya Mərkəzində çalışıb. 9 min 238 saat uçuş keçirən Süleymanov aviasiya mərkəzinin əsas pilotu da özü olub.

Süleymanov Şəkinin Dəhnə kəndində doğulub. Polkovnik-leytenantın dörd övladı var idi.

Allah rəhmət eləsin.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi