“Avlu” niyə yayımlanmır?

avlu-niye-yayimlanmir
Oxunma sayı: 1466

Star TV-də yayımlanan “Avlu” serialı bu həftə tamaşaçı qarşısına çıxmayıb. “Qafqazinfo” xəbər verir ki, hər cümə axşamı yayımlanan layihənin efirə verilməməsi barədə hər hansı bir açıqlama verilməyib. 

İddia olunur ki, reytinqli ekran işi başqa kanala transfer olacaq.  Artıq layihəni ərsəyə gətirən “Limon Yapım”la “Netflix” danışıqlar aparmağa başlayıb. Bu sezon Star TV-də yayımlanacaq serial yeni mövsümdə “Netflix” platformasında olacaq.