“Avlu”nun Kudreti azərbaycanlılara səsləndi - Video

avlunun-kudreti-azerbaycanlilara-seslendi
Oxunma sayı: 4342

Start TV-də  yayımlanan “Avlu” serialının “Kudreti” Nursel Köse azərbaycanlılara müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, türkiyəli aktrisa “Məlahətli söhbətlər” proqramına qonaq olan həmkarı Ertugrul Postoglu barəsində video çəkib, “Avlu”nun çəkiliş meydançasından hər kəsi salamlayıb:

““Hello” Azərbaycan, kefiniz yaxşıdır? Canım dostum Ertugrul Postoglu sizin efirin qonağıdır. Çox səviyyəli bir insandır. Mən onu sevirəm, siz də onu çox sevin. Bu arada “Avlu” serialından mən Nursel Köse, yəni məşhur Küdret! Bütün “Avlu” komandasından hamınıza salam və sevgilər. Çox sağ olun”.